Donald Tramp ABŞ-ın dağılacağı tarixi açıqlayıbbackend

Donald Tramp ABŞ-ın dağılacağı tarixi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”.

TİA.AZ  xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində bildirib.

“Hazırda ABŞ əvvəllər heç vaxt olmadığı qədər relsdən çıxıb”, – o vurğulayıb.

2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran D.Tramp deyib: “2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə ölkədən əlimizdə heç nə qalmayacaq”.

Sabiq dövlət başçısı ABŞ-ın indiki Prezidenti Cozef Baydeni tənqid edib. O, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək söyləyib: “Bütün dünyada istehza mənbəyinə çevirilmişik”.