Dolların ucuzlaşması Azərbaycana necə təsir edəcək? (EKSPERT)backend

Dolların ucuzlaşması Azərbaycana necə təsir edəcək? (EKSPERT)

“Dollar avro qarşısında ucuzlaçdıqca, avronun məzənnəsi dünyada qalxdıqca  manatın da məzənnəsi dollar sabit olduğu üçün qalxmağa başlayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında  iqtisadçı ekspert Natiq Cəfərli 1 avronun satışının 2 manatı keçməsindən danışarkən deyib. Ekspert bildirib ki, dolları zəiflətmək üçün FED sisteminin bilərəkdən bəzi addımlar atdığının şahidi oluruq:
“Əslində iqtisadiyyatı güclü olan ölkələr ixrac potensialına görə öz milli valyutalarının az da olsa dəyərdən düşməsində maraqlı olurlar. Bu, həmişə ixracatı stimullaşdıran addıma çevrilir. Son zamanlar Amerikada dolların ucuzlaşması, avronun isə dünyada bahalaşması Avropa məkanından Amerika  mallarına marağı artırıb. Sifarişlərin də son bir həftədə artığını görürük. Bu da Amerika iqtisadiyyatına əlavə bir stimul yarada bilər. Ona görə də həm obyektiv səbəblər, həm də subyektiv olaraq bilərəkdən FED sistemi bəzi addımlarla böyük təklif paketləri ilə çıxış edir. Amerikada ən böyük təklif paketləri icra olunmağa başlanılıb. 4,7 trlyon dollarlıq  paket artıq işləyir. Bu həftədə isə 1 trilyon dollarlıq əlavə paket olacaq. Bu o deməkdir ki, dollar lap çox çap olunacaq. Bu da dolların ucuzlaşmasına səbəb olub”.
Natiq Cəfərlinin fikrincə, bunun Azərbaycana dolayı təsirləri var:
“Bizdə məzənnə inzibatidir. Bazar iqtisadiyyatı qanunları işləmir, məzənnə inzibati qaydada tənzimlənir. 3 ildir ki, dollar-manat məzənnəsi əsas götürülərək sabitləşdirilib. 1 dollar 1 manat 70 qəpik səviyyəsində inzibati qaydada sabit məzənnə rejimində fəaliyyət göstərir. Ona görə də dollar dünya valyutaları qarşısında dəyər qazananda, ya itirəndə onun çarpaz məzənnə üsulu ilə hesablanaraq manatın digər valyutalar qarşısında məzənnəsinə təsir göstərir. Dediyim kimi, dolların məzənnəsinə dəyilmir, toxunulmur, sabit saxlanılır. Dollar digər valyutalara qarşı dəyərini ya itirsə, ya qazansa, bunun manatda öz əksini tapdığının şahidi oluruq. Son zamanlar baş verən proses bununla izah olunur”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki