backend

Dolların məzənnəsi 2,50 AZN-ə çatacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,0773 səviyyəsinə kimi geriləyərək son 10 ayın minimal həddinə enib.  Əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,0773 səviyyəsinə kimi geriləyərək son 10 ayın minimal həddinə enib. 

“Report”un analitik qrupu xəbər verir ki, bu il yanvarın 7-də məzənnə 1,0769 səviyyəsində olub. 

Məzənnənin geriləməsinə əsas səbəb kimi dolların dünya valyuta bazarında möhkəmlənməsi göstərilir. 

Belə ki, ABŞ-da prezident seçkilərinin gözlənilməz nəticəsinin şok təsiri maliyyə bazarlarında qısa müddətdə bitib və əksinə, nikbin vəziyyət bərqərar olub.
 
Hazırda ABŞ-da fond indeksləri tarixi rekord səviyyəyə yüksəlməklə yanaşı, dolların məzənnəsi analitiklərin proqnozlarının əksinə olaraq güclənib. 

Dolların güclənməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrdakı iclasında uçot dərəcəsinin artırılması ehtimallarının yüksəlməsi ilə bağlıdır. 

Belə ki, yeni seçilən prezident Donald Trampın seçki öncəsi platformasında dövlət investisiya xərclərinin artırılması nəzərdə tutulub. 

Bu da öz növbəsində ABŞ hökumətinin borclanmanı artırması və ya faizlərin yüksəltməsi deməkdir. Həmçinin, ABŞ iqtisadiyyatının güclü inkişafı FES-in uçot dərəcəsini artırmasına əlavə stimul yaradır.

“Report”un analitikləri USD/EUR məzənnəsinin ilin sonuna qədər 1,0450 səviyyəsinə, 2017-ci ilin ilk yarısında isə paritetə qədər geriləyəcəyini proqnozlaşdırırlar. Belə bir dəyişiklik dünyanın digər valyutalarının dollarla müqayisədə 5-15% devalvasiyaya uğramasına gətirib çıxaracaq. Belə ki, avronun zəifləməsi Avropa mallarının dollar ekvivalentində ucuzlaşmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində Avropa ilə ticarət əlaqəsi olan ölkələri devalvasiya etməyə məcbur edəcək.
 
Nəticədə, zəncirvari reaksiya ilə devalvasiya dalğası yayılmağa davam edəcək. Təbii ki, Azərbaycan manatı da belə bir şəraitdə dollarla müqayisədə ucuzlaşmağa davam edəcək. Artıq gələn ilin ilk yarısında Azərbaycanda dolların məzənnəsinin 2,50 AZN/USD-yə qədər yüksəlməsi istisna edilmir.