Tribuna İnformasiya Agentliyi

Dollar ucuzlaşır: Rusiya isə bundan narazıdır

25 Mart

TİA.AZ xəbər verir ki, ötən gün rubl dollara nisbətən bir qədər də güclənib.  

Neft qiymətlərinin dünya birjasında bir neçə gündür davam edən ucuzlaşması fonunda rublun bahalaşması müşahidə edilir.

TİA.AZ xəbər verir ki, ötən gün rubl dollara nisbətən bir qədər də güclənib. 

Belə ki, səhər saatlarından 1 dollar 57,4 rubla satılıbsa, günün sonunda Moskva birjasında dollar 56,88 rubla qədər enib.

FES-in 15 mart tarixli qərarına əsasən, dolların uçot dərəcəsi 0,25 faiz qaldırılmışdı. Bunun qarşılığında Rusiyada dolların bahalaşması əvəzinə ucuzlaşmasının müşahidə edilməsini isə iqtisadçılar bu ölkənin iqtisadi aktivliyinin gözləniləndən daha sürətlə bərpa olunması ilə izah edirlər.

Rusiyada dolların 60 rubl civarında saxlanılması ölkənin ixrac potensialını və xarici bazarlarda rəqabət qabiliyyətinin saxlaması üçün ən münasib variant sayılır. Hətta ölkənin baş bankiri dolların 64,9 rubla qədər bahalaşması üçün Mərkəzi Bankın müəyyən addımlar atdığını da bildirmişdi.

Neftin ucuzlaşması, FES-in dolların uçot dərəcəsini 0,75-1 faizə qaldırması fonunda dolların bahalaşmaması MB Müşahidə Şurasını rublun uçot dərəcəsini 0,25 faiz azaldaraq, 9,75 endirməklə bağlı ötən gün qərar qəbul etməsinə səbəb olub. Qərarın martın 27-də qüvvəyə minəcəyi bildirilir. Ehtimal olunur ki, bu qərar dolların nəzərdə tutulan məzənnədə qalmasına yardım edəcək.

Ancaq MB Müşahidə Şurası iqtisadi proseslərdən asılı olaraq rublun uçot dərəcəsinin növbəti rüblərdə yenə də aşağı salına biləcəyini mümkün sayır.