backend

Dollar kəskin ucuzlaşdı – Türkiyədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə dolların məzənnəsi son 4 gündə 6,11%-ə yaxın azalaraq 3,60 TRY/USD-dən 3,38 TRY/USD-yə düşüb. 

Türkiyədə dolların məzənnəsi son 4 gündə 6,11%-ə yaxın azalaraq 3,60 TRY/USD-dən 3,38 TRY/USD-yə düşüb


“Report” xəbər verir ki, buna səbəb son iki ayda Türkiyədə dolların 20% bahalaşmasından sonra bankların və investisiya fondlarının mənfəətlərini realizə etməsi olub. 

Dolların məzənnəsinin ilin sonuna qədər 3,40 lirə səviyyəsini keçəcəyi və 3,40-3,50 TRY/USD diapazonunda tarazlanacağı ehtimal edilir.

Qeyd edək ki, bu gün keçiriləcək Avropa Mərkəzi Bankının (ECB) növbəti iclasında monetar stimullaşdırma proqramının uzadılması barədə fikirlərin səsləndiriləcəyi gözlənilir ki, bu da dolların məzənnəsinin avro ilə müqayisədə artmasına səbəb olacaq. Nəticədə, Türkiyə də daxil olmaqla inkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması prosesi davam edəcək. Artıq gələn il Türkiyədə dolların məzənnəsinin 4 TRY/USD həddinə çatacağı proqnozlaşdırılır.

Xatırladaq ki, dünən, dekabrın 7-də “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyə bankları ilə bağlı 2017-ci il üçün proqnozunu “stabil”dən “neqativ”ə dəyişib. Agentlik bu qərarı Türkiyədəki bankların 80%-nin proqnozunun “neqativ” olması ilə əsaslandırıb. Agentliyin ekspertləri hesab edirlər ki, yüksək həcmdə olan xarici valyutada kreditlər bankların yenidən maliyyələşməsində risklər yaradır. Həmçinin, Türkiyədə problemli kreditlərin xüsusi çəkisinin 2016-cı il oktyabrın 1-nə olan 3,3%-dən 2017-ci ilin əvvəlinə 4%-ə çatacağı proqnozlaşdırılır.

“Report”un analitik qrupu ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə dünyada maliyyələşmə şərtlərinin getdikcə ağırlaşacağını və bununla da Türkiyənin xarici borclanmada və köhnə borcların yenidən maliyyələşdirilməsində çətinliklər və yüksək faizlə üzləşəcəyini bildirir. Nəticədə, daxili bazarda xarici valyutaya tələbat daha da artacaq. Bura ABŞ istiqrazlarına olan marağın tədricən artması səbəbindən Türkiyədən kapital axının davam etməsi amilini də əlavə etsək, dollar/lirə məzənnəsinin yüksəlməsinin qaçılmaz olduğunu görərik.

TİA.AZ