Dollar 7 lirəyə yaxınlaşdıbackend

Dollar 7 lirəyə yaxınlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən 6.80 səviyyəsini aşaraq 2018-ci ilin Avqust ayından bəri ən yüksək səviyyəyə qalxan dollar/Türk Lirəsi məzənnəsi bugün 6.90 səviyyəsini də keçib.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da dollar/tl məzənnəsi 1,6% artıma 6,9229 səviyyəsində olub.

Analitiklər məzənnənin 7 psixoloji səviyyəsini də aşacağını gözləyirlər.

Qeyd edək ki, dollar/tl məzənnəsi 2018-ci ilin avqust ayında da 7 səviyyəsini keçmişdi.

Koronavirus pandemiyası türk lirəsi üzərində təzyiq yaradıb. Ölkdə iqtisadi fəaliyyətin dayanması məzənnəyə mənfi təsir edir.

Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitiklərinə görə, qlobal iqtisadiyyatın zəifləməsi, Türkiyənin ixrac potensialına mənfi təsir etməklə yanaşı, TCMB-nin faiz azaldılması siyasəti fonunda xarici investisiyaların azalması gözləntiləri lirəyə olan təzyiqləri daha da artırır. dollar/türk lirəsi məzənnəsi hazırda 2018-ci ilin avqust ayının maksimumuna doğru bahalaşmaqdadır və bu, 7.10 lirə səviyyəsi ehtimallarını da artırır.