“Dollar 24 rubldan aşağı qiyməli olmalıdır” – The Economistbackend

“Dollar 24 rubldan aşağı qiyməli olmalıdır” – The Economist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rubl dünyada ən aşağı qiymətləndirilmiş valyutalardan biridir: onun dollara nisbətdə məzənnəsi 24 rubldan aşağı qiymətə olmalıdır. «The Economist» jurnalında dərc olunmuş araşdırma nəticələri belə deyir.

Nəşr necə deyərlər, «biqmak indeksi»nə istinad edir və bildirir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) biqmak 5,66 dolardır (420 rubl ətrafında), Rusiyada isə 135 rubl və ya 1,82 dollara satılır.

Beləliklə, Rusiya rublunun ədalətli məzənnəsi 1 dollar qarşılığında 23,85 rubl təşkil etməlidir. Deməli, hazırda rubl dəyərindən 68 faiz aşağı qiymətləndirilib.

Qeyd edilməlidir ki, bu zaman rubl valyutaların yanvar reytinqində son yerdən bir pillə yuxarıda qərarlaşıb. Ötən ilin yanvar və iyul reytinqlərində də rubl analoji mövqedə olub. 2019-cu ilin yanvar və iyul aylarında Rusiya valyutası sonuncu pillədə yer alıb.

Cari reytinqdə sonuncu pillədə Livan funtu dayanıb – o, 68,7 faiz aşağı qiymətləndirilib.

Avro cəmi 8,8 faiz, Britaniya funtu isə 21,8 faiz aşağı qiymətləndirilib.

Dəyərindən artıq yalnız 3 valyuta qiymət alıb – İsveçrə frankı (28,8 faiz), İsveç (12,6 faiz) və Norveç (7,5 faiz) kronu.

«Biqmak indeksi» 1986-cı ildən hesablanır və ildə 2 dəfə dərc olunur.