Doktor peyvənddən qorxanlara səsləndi: “Ölüm haqda düşünün…”backend

Doktor peyvənddən qorxanlara səsləndi: “Ölüm haqda düşünün…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Doktor və televiziya aparıcısı Aleksandr Myasnikov koronavirusa qarşı peyvənd olunmaqdan qorxanlara ölüm haqqında düşünməyi tövsiyə edib. 
TİA.AZ xəbər verir ki, o, eyni zamanda peyvəndlənmənin 60 yaşdan yuxarı insanlar üçün xüsusilə vacib olduğunu vurğulayıb.
Myasnikov əmindir ki, peyvəndlərdən yox, ancaq yaxınlarını bir daha görə bilməyəcəyinizdən qorxmalısınız. Həkim sağlamlığı yaxşı olan bir insanın da ciddi pis nəticələr vermədən koronavirusla xəstələnə biləcəyini, lakin xəstənin başqa bir xroniki xəstəliyi varsa, hər şeyin ölümlə bitə biləcəyini qeyd edib.
Bundan əlavə, Myasnikov, Rusiya koronavirus peyvəndinin heç bir yan təsiri olmadığını söyləyib.