Doğum evini bombalamağı o əmr edib: Putinin Suriyanı da dağıdan sevimli generalıbackend

Doğum evini bombalamağı o əmr edib: Putinin Suriyanı da dağıdan sevimli generalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Donetsk vilayətinin Mariupol şəhərinin blokadasına Putin ordusunun general-polkovniki Mixail Mizintsev rəhbərlik edir. Məhz o, rus hərbçilərinə dram teatrına bomba atmaq, şəhərin həmin an dinc əhalinin yerləşdiyi doğum evlərini bombalamaq əmrini vermişdi.
TİA.AZ  xəbər verir ki, bu barədə Telegram-da Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib.
Geraşenko qeyd edib ki, Mizintsev Putinin sevimlisidir. Və əvvəllər o, Suriyadakı əməliyyata rəhbərlik edib.
Bildirilir ki, 2014-cü ildən Mixail Mizintsev Rusiya Federasiyasının milli müdafiəyə nəzarət mərkəzinin direktoru vəzifəsində çalışıb. 2017-ci ildə ona general-polkovnik rütbəsi verilib.
“Doğum evini, uşaq xəstəxanasını, dram teatrını, mülki əhalinin evlərini bombalamağı əmr edən o idi. Suriya şəhərlərini dağıtdığı kimi Mariupolu da o məhv edir”, – Geraşenko vurğulayıb.
Xatırladaq ki, rus qoşunları artıq Mariupolda 3000-dən çox dinc sakini qətlə yetirib. Bəzi insanlar adsız kütləvi məzarlıqlarda dəfn edilir.
UNIAN həmçinin yazıb ki, İrpen, Mariupol və Çerniqov şəhərlərinin işğalçılar tərəfindən dağıdılmasının nəticələri kosmosdan göstərilib.