Dmitri Peskov: “Ölkədə demoqrafik vəziyyət çox pisdir”backend

Dmitri Peskov: “Ölkədə demoqrafik vəziyyət çox pisdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hazırda Rusiyada demoqrafiya sahəsində yaranmış mürəkkəb vəziyyəti düzəltmək mümkün deyil”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 31-də jurnalistlərə açıqlamasında bildirib.
“Bu istiqamətdə vəziyyət çox pisdir. Doğurdan da demoqrafik çökəkdən çıxmaq, vəziyyətin heç olmasa bir az yaxşılaşması üçün atılan addımlar obyektiv səbəbdən heç bir nəticə vermir. Bütün hallarda demoqrafiya çox incə məsələdir. Rusiyanın müxtəlif regionlarında demoqrafik vəziyyətin dinamikası müxtəlifdir”, – mətbuat katibi deyib.
Qeyd edək ki, martın 30-da Rusiya baş nazirinin müavini Tatyana Qolikova ölkədə son on ildə 20-29 yaş arasında olan qadınların sayının 37,5 faiz azaldığını bildirmişdi.