Dmitri Medvedevdən Qarabağın statusu ilə bağlı açıqlamabackend

Dmitri Medvedevdən Qarabağın statusu ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Həll edilməyən Qarabağın statusu məsələsini indi müzakirə etməkdənsə, ən yaxşısı gələcəyə saxlamaqdır. İndi onu müzakirə etmək mümkün deyil”.
TİA.AZ xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev bildirib.
“Çünki hazırda statusun müzakirəsi ciddi gərginliyə yol açır. Tərəflərin bu məsələdəki mövqeləri də kəskin fərqlənir. Hətta Ermənistanın daxilində belə diskussiyalar gedir. Xatırladım ki, Ermənistan Qarabağın müstəqilliyini tanımayıb. Bunu niyəsə unudurlar, amma əslində bu belədir. Ona görə də status məsələsini gələcəyə saxlamaq daha yaxşıdır”, – o qeyd edib.