Tribuna İnformasiya Agentliyi

Dmitri Medvedev Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib

08 May

Dmitri Medvedev yenidən Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib.

TİA.AZ-ın Moskva müxbirinin məlumatına görə, bu gün Dövlət Dumasının plenar iclasında hökumət başçısı vəzifəsinə Dmitri Medvedevin təyin olunması məsələsinə baxılıb, onun namizədliyi səsə qoyulub.

D. Medvedevin lehinə 374 nəfər deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Beləliklə, baş nazir vəzifəsinə D. Medvedevin namizədliyi təsdiqlənib.