“Dizeli hökumət yox, əcinnələr bahalaşdırıb” – Ekspertdən ETİRAZbackend

“Dizeli hökumət yox, əcinnələr bahalaşdırıb” – Ekspertdən ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədov qiymət artımı haqqında deyib ki, bir çox hallarda bizdən asılı olmayan məsələlər də var. Bu məsələ ilə bağlı tədbirlər görüləcək. Onun sözlərinə görə, bəzən qiymət artımını yanacağın qiymətinin artması ilə də bağlayırlar, təbii ki, bunun da təsiri var.
TİA.AZ-ın məlumatına görə, məsələyə münasibət bildirən REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli baş nazirin sözlərini məsxərəyə qoyub.
“Gör e, sən demə dizel yanacağının qiymətini hökumət artırmayıbmış, gecə vaxtı cinlər, əcinnələr Tarif Şurası üzvlərinə təsir ediblər onlar da dizelin yanacağının qiymətini birdən-birə 34% bahalaşdırıblar.
Qiymət artımı olanda mətbuata açıqlama verəndə ki, dizelin qiymətinin kəskin artması bahalaşmanı sürətlənəcək – hökumət üzvləri, onlardan bəslənən AzTv “ekspertləri” israr edirdilər ki, inflyasiyaya çox cüzi təsiri olacaq, indi Baş Nazir deyir ki, deyəsən təsiri olub axı…”
N.Cəfərli qeyd edib ki, dizelin qiymət artımı hələ ki, aqrar sektor məhsullarına tam təsir etməyib, indi əkin vaxtıdır, birazdan ilk məhsulun yığılması, daşınması zamanı dizelin bahalaşması məhsulların maya dəyərinə təsir edəcək, bu il yazda ilk, yayda-payızda aqrar sektorun məhsulları keçən ilə nisbətən daha baha olacaq…