Diyetoloq paket çayların zərərindən danışdıbackend

Diyetoloq paket çayların zərərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paketlənmiş çay boya və dadlandırıcılardan ibarətdir, bu da allergiyaya səbəb ola bilər. 
TİA.AZ xəbər verir ki, bu sözləri diyetoloq İrina Pisareva deyib. Onun fikrincə, təbii maddələrin olmaması səbəbindən belə çayın heç bir faydası yoxdur.
Paket çayların çox az istehsalçısı ona meyvə və giləmeyvə parçaları əlavə edir. Yalnız ətirlərin yaydığı qoxu var. “Sizin içdiyiniz sadəcə qoxulu, rəngli sudur”, – Pisareva deyib.
Paket çaylarda yarpaqlar çox incə üyüdülür. Bu, istehsal zamanı yaranan dadsız tozun çaya daxil olunmasını mümkün edir. Bundansa öz dəmlədiyiniz quru çaya üstünlük verməyiniz daha yaxşıdır. “Ucuz marka çay paketlərində zibil, belə demək olarsa samandan istifadə olunur. Vicdansız bir istehsalçı orada bəzi əlavə, anlaşılmaz bir bitki tamı qarışdıra bilər”, – dietoloq bildirib.
Dietoloqa görə, paket çaylar yarpaq çayı ilə eyni keyfiyyətdə ola bilər, lakin bu, istehsalçıdan asılıdır. Ancaq bu, çox nadir rast gəlinən haldır.