Tribuna İnformasiya Agentliyi

Diyarbəkirdəki partlayışı İŞİD törədib

05 Noyabr

İŞİD terror qruplaşması Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. 

İŞİD terror qruplaşması Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.


TİA.AZ-ın məluamatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Bundan əvvəl Türkiyənin NTV telekanalı xəbər vermişdi ki, partlayışa görə məsuliyyəti PKK təşkilatı öz üzərinə götürüb.

Bu arada İŞİD terror qruplaşması bir qrup uşağı İraqın Mosul şəhərinin şərqində hərbçilərə qarşı terror aktı həyata keçirmək üçün hazırlayıb. İŞİD 


Mosulun şərqində yerləşən küçələrdəki evlərdə gənc kamikadzelər yerləşdirib. Onların əsas vəzifəsi özlərini təmizlik işləri aparan hərbçilərlə birlikdə 


partlatmaqdan ibarətdir.