Tribuna İnformasiya Agentliyi

“Diriliş Ertuğrul”da Şəmistan Əlizamanlının oynadığı səhnə rekord qırdı (VİDEO)

10 Noyabr
Xəbər verdiyimiz kimi Türkiyənin ən reytinqli tarixi serialı olan “Diriliş Ertuğrul”un 5-ci mövsümünun ilk bölümündə keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı rol alıb.
TİA.AZ-ın publika.az istinadən məlumatına görə, Ozan rolunu canlandıran Ş.Əlizamanlının serialda “Turan ellər var olsun” mahnısını ifadə etdiyi səhnə reytinq rekordları qırıb. İzləyiciləri ekranlara bağlayan bu səhnə serialın bütün tamaşaçıların rəğbətini qazanaraq onların heyranlığına səbəb olub.