Tribuna İnformasiya Agentliyi

Diqqət: Siqaret korluğa aparır

08 İyun
Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər gözlərin fəaliyyətini pozur.
Yenicag.az xəbər verir ki, türk oftomoloq Şeyda Atabay siqaret tüstüsünün sadəcə ciyərlər üçün yox, gözlər üçün də təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, siqaret göz damarlarının qidalanmasına əngəl törədir, ondakı toksiki maddələr isə gözdə sarı ləkələrin əmələ gəlməsinə səbəb olur. İlkin mərhələdə adi görünən bu problem orta yaşlardan sonra artıq gözlərin görmə qabiliyyətini tamamilə itirməsinə gətirib çıxara bilir. Atabay qeyd edib ki, xüsusilə 50 yaşdan sonra siqaret çəkmək və siqaret çəkilən məkanlarda vaxt keçirmək olmaz.
Həmçinin o, bildirib ki, gənc yaşlardan siqaret çəkməyə başlayan insanların görmə prosesində balans pozulur və zəiflik yaranır.