“Dinamo Zaqreb” Mahir Emreli barədə qərarını verdibackend

“Dinamo Zaqreb” Mahir Emreli barədə qərarını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dinamo”nun idman direktoru Marko Vukeliç son zamanlarda adı “Qarabağ”la hallanan Mahir Emreli barədə açıqlama verib.

 

TİA.AZ “Sportlife.az”a istinadən xəbər verir ki, Vukeliç 25 yaşlı hücumçunun Zaqreb təmsilçisində qalacağını bildirib:”Qarabağ”ın futbolçumuzu icarəyə götürmək istəməsi barədə geniş açıqlama verə bilmərəm. Onların və ya başqa klubun Mahiri istəməsi normaldır. Yalnız onu deyə bilərəm ki, Emreli “Dinamo”da qalacaq”.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından “Dinamo”nun formasını geyinir.