“Dina” mina axtararkən həyatını sahibinə fəda etdi… VİDEObackend

“Dina” mina axtararkən həyatını sahibinə fəda etdi… VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtlərin vəfasını, dostluğunu az-çox , yəqin ki, hər biriniz bilirsiz. Bu gün bunun bir daha şahidi olduq. Qubadlıda mina partlaması nəticəsində Dina adlı minaaxtaran it öz həyatı bahasına sahibinin həyatını xilas etdi.

TİA.AZ Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Dina… 2 yaşlı Belçika Malinuası… 3 ayından təlim keçdi, 18 ayına qədər müxtəlif partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələndi, ardından isə bələdçisi ilə birgə sahəyə çıxdı.

Tapdığı minalarla yüzlərlə insanın həyatını xilas etdi. Bələdçisini heç vaxt tək qoymadı. Həyatını da onu xilas etmək üçün verdi. Bəlkə də bunu özü anlamadı. Amma biz insanlar onun necə fədakar, vəfalı dost olduğunu gördük, bildik. İnsanlar minaya düşüb ölməsin deyə o öldü.

Dina tək deyil. Onun dostları da hazırda insanları mina təhlükəsindən qorumaq üçün təhlükə altında minaları təmizləyir.

Xüsusi təlim keçən bu itlərin minaların aşkarlanması və insan həyatının xilas edilməsində rolu əvəzsizdir.

Dinanın sahibi bu gün Qubadlıda minaya düşüb həlak ola bilərdi, ancaq Dina öz həyatı bahasına onu qoruya bildi.

Hərbi ekspert deyib ki, Ermənistan tərəfi bütün ərazilərimizi mina ilə elə çirkləndirib ki, itkilərimiz günü-gündən artır. Qarabağın hər addımında  mina partlayışı gözləniləndir. İstər meşə zolaqları olsun, istərsə də qəbirsanlıq, evlər  və ya yollar – mina ərazilərimizə xalı kimi düzülüb.