DİN: Sosial şəbəkələrdə narkotiklərin satıldığı səhifələr xaricdən idarə olunurbackend

DİN: Sosial şəbəkələrdə narkotiklərin satıldığı səhifələr xaricdən idarə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəblərdə antinarkotik təbliğatı ilə bağlı tədbirlər həyata keçirilir. Hazırda DİN-in hər bir əməkdaşı narkotiklə mübarizəyə vicdanla yanaşır”.

TİA.AZ-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.

İdarə rəisi yetkinlik yaşına çatmayan şəxslərin siqaret və digər narkotik vasitələrdən istifadəsi ilə bağlı məsələyə də toxunub: “Bununla bağlı da müəyyən profilaktik işlər aparılır”.

Dövriyyədən çıxarılan narkotikin miqdarının əvvəlki illərlə müqayisədə qat-qat çox olduğunu deyən İ. Hümbətov internetdə narkotik vasitələrin satışı məsələsindən də danışıb: “Sosial mediadan istifadənin xeyirli tərəfi ilə yanaşı, ziyanlı tərəfi də var. Sosial şəbəkələrdə satılan narkotik vasitələrin səhifələri xaricdən idarə olunur. Bu sahədə hamımız ayıq olmalıyıq. Gənclərimizə çağırış etmək lazımdır ki, ehtiyatlı olsunlar. DİN-də bununla bağlı yeni şöbə yaradılıb. Sosial şəbəkələrdə narkotik satan səhifələrlə bağlı araşdırmalar aparılır”.