DİN rəsmisi arvadını öldürən polisdən danışdı: “Biz bir məsələ üzərində fokuslanmamalıyıq” (VİDEO)backend

DİN rəsmisi arvadını öldürən polisdən danışdı: “Biz bir məsələ üzərində fokuslanmamalıyıq” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirməsi çox ağır hadisədir. Bu hadisə baş verməyə bilərdi. Müəyyən şeylər var ki, açıqlanmamalıdır. Çünki istintaq gedir”.
Bunu İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, müvafiq ekspertizalar təyin edilib:
“İstintaq gedir, şahidlər dindirilir, cinayət işi başlayıb. Biz bir məsələ üzərində fokuslanmamalıyıq. Cəmiyyətdə bu cür ağır hadisələr baş verib. Bu gün informasiya yayan vasitələr çoxalıb deyə dərhal ictimailəşib. Bu gün biz axtarmalıyıq ki, necə edək ki, bu cür hallar baş verməsin. İnsanın ictimai kimliyi onu hadisədən, düşdüyü situasiyadan sığortalamır.
Necə olub ki, xidmətdə olan və intizamlı adam bu cür hala gətirilib çıxarılıb. Bu məsələyə elə yanaşmalıyıq ki, cəmiyyətdə bu hallar baş verməsin. Orada polisin özünü öldürməsi də ola bilərdi”.
E.Hacıyev qeyd edib ki, İ.Məmmədov xidmətdə olan zaman nümunəvi əməkdaş olub:
“İşlədiyi müddətdə hər hansı intizamsızlığı olmayıb. Polis əməkdaşları da onun ailəsində narazılığın olmasını bilməyib”.
O qeyd edib ki, bu cür halların baş verməməsi üçün tədbirlər görülür.