DİN: “Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır” – VİDEObackend

DİN: “Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır”.
Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, DİN-ə bununla bağlı faktlar daxil olub:
“Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər”.
E.Hacıyev valideynləri də diqqətli olmağa səsləyib:
“Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə, onu müvafiq qaydada yoxlatdırsın. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən zəruri köməkliklər göstəriləcək”.