DİN-dən pirotexniki vasitə satanlara xəbərdarlıqbackend

DİN-dən pirotexniki vasitə satanlara xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi (DİN) partlayıcı və tezalışan maddələrin satışı ilə məşğul olan şəxslərə müraciət ünvanlayıb.
Bu barədə DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələri, pirotexniki məmulatları satan şəxslər cəzalandırılacaq:
“Polis araşdırır, etməyin, çəkinin bu əməllərdən. Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tezalışan maddə olduğu üçün ziyan verə, böyük fəsadlar törədə bilər”.