Tribuna İnformasiya Agentliyi

DİN: Axtarışda olan 35 nəfər saxlanıldı

15 May

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.