Tribuna İnformasiya Agentliyi

Dima Bilan“ermənin soyqırımı”ndan mahnı oxuyacaq

06 Dekabr

Rusiyalı müğənni Dima Bilan “ermənin soyqırımı” haqqında mahnı və klip hazırlayır. 

Rusiyalı müğənni Dima Bilan “erməni soyqırımı” haqqında mahnı və klip hazırlayır.


 TİA.AZ  AzVision.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, mahnı artıq hazırdır. Klipin bir hissəsi Ermənistanda, Ararat dərəsində, digər hissə isə “Mosfilm”in xüsusi dekorasiya olunan pavilyonunda lentə alınacaq.

“Bu mövzu mənə təkcə tarix kitablarından məlum deyil. Mənim ulu nənəm Şuşan Tiqranovna 13 yaşında bu hadisələrdən canını qurtarıb. Onu Türkiyədən Rusiyaya qaçan rus hərbçilər xilas edib. Təəssüflər olsun ki, ulu nənəm mən dünyaya gəlmədən vəfat edib. Lakin anamın sözlərinə görə, o, ömrünün sonuna qədər öz yaxınlarını axtarıb”, – deyə Bilan müsahibəsində bildirib.

Klipin 2017-ci ilin aprel ayında istifadəçilərə təqdim olunması planlaşdırılır.

Rusiyalı müğənninin qondarma soyqırıma mahnı həsr etməsi şübhəsiz ki, onun azərbaycanlı pərəştişkarları tərəfindən xoş qarşılanmayacaq.