DİM ümumi müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib – Diqqət!backend

DİM ümumi müsahibələrin keçirilmə qrafikini müəyyənləşdirib – Diqqət!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 26-da elan edilən ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən (DİM) TİA.AZ-a verilən məlumata görə, elan üzrə 7 dövlət orqanında mövcud olan 58 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Maliyyə Nəzarəti Xidməti, Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsi, Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoru, aparıcı məsləhətçi – nəzarətçi-müfəttiş (1 vakant yer üzrə 13 namizəd), Hesablama Palatası, Gəlirlərin auditi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 11 nəfər) vəzifələri üzrə yaranıb.

Müsahibələrin 2021-ci il dekabrın 13-dən 2022-ci il yanvarın 6-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı BURADAN əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə QRAFİKİNDƏ şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.