DİM plan yerləri artırılan və azaldılan qrupları açıqlayıbbackend

DİM plan yerləri artırılan və azaldılan qrupları açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən illə müqayisədə bu il üçün I qrup üzrə 299 plan yeri (1,96%) azalıb”.

TİA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu göstərici II qrupda 381 yer azalma ilə (2,69%), III qrupda 1 015 yer artımla (9%), IV qrupda 390 yer artımla (10,5%), V qrupda isə 133 yer artımı (3,71%) ilə müşahidə olunub:

“Builki plan yerlərinin sayında ötən illə müqayisədə 1,79% artıb ki, bu da ümumilikdə 858 yer təşkil edir”.

M.Abbaszadə əlavə edib ki, bu il həmçinin müəyyən universitetlərdə plan yerləri kəskin artıb:

“Misal olaraq, Azərbaycan Tibb Universitetində bu il 785 yer artıq verilib. Hətta orada bu il yeni ixtisaslar da açılıb. Plan yerlərindəki artım Xəzər Universitetində 18%, Bakı Biznes Universitetində 28%-dir. Dövlət sifarişli yerlərin sayı isə bu il üçün 8% artıb”.