Digər ölkələrdə benzin və dizel neçəyədir? – SİYAHIbackend

Digər ölkələrdə benzin və dizel neçəyədir? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.

TİA.AZ xəbər verir ki, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.

Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:

-Rusiyada 1,0 manat;

-Ukraynada 1,72 manat;

-Belarusda 1,14 manat;

-Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının qiyməti;

-Türkiyədə 1,44 manat;

-Rusiyada 1,12 manat;

-Ukraynada 1,72 manat;

-Belarusda 1,21 manat;

-Ermənistanda 1,19 manat;

-Gürcüstanda 1,15 manat səviyyəsindədir;

-Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;

-Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.