“Dərmanlara 1000 manata yaxın pul gedib” – Evdə müalicə olunan blogerbackend

“Dərmanlara 1000 manata yaxın pul gedib” – Evdə müalicə olunan bloger

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“14 günlük COVİD-19 şübhəsi ilə karantinə alınmışam. Dünən təcili tibbi yardım gəldi, qeydiyyata aldı və getdi, elə o gedən gediblər”.
TİA.AZ-ın məlumatına görə, bunu hərbi blogger Tofiq Şahmuradov özünün “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bundan sonra onlarla nə maraqlanan olub, nə də nə etməli olduqlarını deyən.

“Müalicə həkimini özüm tapmışam. Təcili yardım deyirki biz sorğu verəcəyik polikilinka sizinlə maraqlanacaq, dərmanla təmin edəcəklər. Polikilinkaya zəng etmişəm baş həkim deyir yalnız az təminatlı ailələr təmin edilir (mən hal-hazırda işsizəm bu kateqoriyaya aidəm yoxsa yox?). Axırda dedim dərmanın başına dəysin, heç olmasa tibb bacısı ver sistem qoşsun gəlib. Deyir oda yoxdur”.
Blogerin sözlərinə görə, tanışlıqla iynələri vurmaq üçün tibb bacısı tapıb, lakin o da bir gün üçün 50 manat istəyib. “Deyirəm insaf da dinin yarısıdır, bu qiymətə sistem qoşarlar? Deyir mən həyatımı riskə qoyuram gəlib, yoluxa bilərəm. Axırda 3 nəfərə sistem qoşmağa 60 manata razılaşmışam. Günü 60 AZN.
Dərman qiymətləridə ki deyiləsi deyil. Yazılan dərmanlar aptekdə yoxdur, tapmaq olmur. “Arbidol” deyilən dərman var dövlət qiyməti 15 manatdır, amma hec bir aptekdə tapmaq olmur. Qara bazarda 40 AZN-ə satılır.
3 nəfərin KT-dən keçməsinə 300 manat ödəmişəm. Dərmanlara da 1000 manata yaxın pul gedib
Bəs bu dövlətin ayırdığı 100 milyonlar hara gedir? Yazıq millətim”.
Xatırladaq ki, Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesinə görə, yoluxma şübhəsi yarandıqda ilk addım – poliklinikaya telefon zəngi vasitəsilə müraciət edilir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVİD-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir.
Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVİD-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.
Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq, müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.
COVİD-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir.