Dərman spekulyantlarını necə cəzalandırmaq olar? – Ekspertbackend

Dərman spekulyantlarını necə cəzalandırmaq olar? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vəzifəli şəxslər 50 min, hüquqi şəxslər isə 100 min manat cəzalanmalıdır”. 
Bunu açıqlamasında hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov dərmanların baha qiymətə satılması halları ilə bağlı İqtisadiyyat Nazirliyinin bəyanatından danışarkən deyib. Onun fikrincə, indiki halda, yəni pamdemiya dövründə dərman vasitələri haqqında qanunda göstərilən cəza şərtləri həddindən artıq sərtləşdirilməlidir:
 
“İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsi… Maddənin adı Dərman Vasitələri Haqqında Qanunvericiliyin pozulması… Həmin maddənin 3-cü bəndində dərman vasitələri haqqında qanuna uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada və tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satışına görə vəzifəli şəxslər 1000 manatdan 500 manat, hüquqi şəxslər isə 3 mindən 5 min manata qədər cərimə edilir. Bu cəza adi vaxt üçündür. Amma mən hesab edirəm ki, indi cərimə məbləği artırılmalıdır. İndi pandemiyadır. Pandemiya dövründə bu cəzalar daha da sərtləşdirilməlidir”.
Əkrəm Həsənova görə, indiki məqamda 221-ci maddəyə əlavələr edilməlidir:
“Bu maddəyə əlavə etmək olar ki, pandemiya, epidemiya şəraitində vəzifəli şəxslər 1000 manat deyil 50 min, hüquqi şəxslər isə 5 min deyil 100 min cəzalanmalıdır. Belə olmalıdır ki, dərmanları baha satmaqdan qorxsunlar”.