Deputatlığa namizədlərin sayı açıqlandıbackend

Deputatlığa namizədlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”.

TİA.AZ  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: “Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir”.