Tribuna İnformasiya Agentliyi

Deputatların son günü

29 İyun

Bu gün Milli Məclisin (MM) son – növbədənkənar iclası keçirilir.

TİA.AZ-ın xəbərinə görə, son iclasın gündəliyinə 39 məsələ daxil edilib ki, onlar arasında büdcə dəyişiklikləri əsas yer tutur.

Büdcə dəyişiklikləri ilə bağlı müzakirələrdə Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edəcəklər.

Qeyd edək ki, bu iclasdan sonra deputatlar rəsmən yay tətilinə gedəcəklər.

Millət vəkilləri sentyabrın 15-də işə çıxacaqlar.

Həmin vaxt parlamentin növbəti – büdcə sessiyası kimi tanınan payız sessiyasının komitə iclasları başlayacaq.

MM-in payız sessiyası isə ya sentyabrın 30-da, ya oktyabrın 1-də öz işinə başlayacaq.