Tribuna İnformasiya Agentliyi

Deputatlar yeni qanun layihəsini müzakirə edəcəklər

26 Aprel

Parlamentin mayın 2-də keçirələcək plenar iclasında “Turizm haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.  

Parlamentin mayın 2-də keçirələcək plenar iclasında “Turizm haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. 

TİA.AZ  xəbər verir ki, qanun 8 fəsil və 63 maddədən ibarətdir. 

Qeyd edək ki, qanun turizm sferasında bütün münasibətləri tənzimləyən yeni layihədir. Belə ki, qanun bu sektorda dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, turizm sahəsində maliyyə mənbələrinin təsnifatı, maliyyələşdirmənin üsul və vasitələri, maliyyələşdirmədə məhdudiyyətlər, sığorta, elm, təhsil və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyəcək.