Deputatlar şəhid generalın və polkovnikin məzarını ziyarət etdilər – FOTOLARbackend

Deputatlar şəhid generalın və polkovnikin məzarını ziyarət etdilər – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin bir qrup deputatı II Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib.

TİA.AZ-ın məlumatına görə, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar – Soltan Məmmədov, Elnur Allahverdiyev, Razi Nurullayev, Müşfiq İskəndərov, Rüfət Quliyev, Məşhur Məmmədov şəhid hərbçilərimizin məzarı önünə əklil qoyublar.