backend

Deputatlar istəklərinə nail oldular – Əmək haqları artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb. Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb.

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23089714 manat xərclənəcək.

Bu, Azərbaycan parlamentinin “2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394780 manat baha başa gələcək. Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16664786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2443608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq. Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270000 manat, parlamentin aparatında çalışan şəxslərə 2607336 manat, deputat köməkçilərinə 1365000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1513524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gündür ki, bəzi millət vəkilləri əmək haqlarının azlığından şikayət edərək dolana bilmədiklərini söyləmişdilər.