Tribuna İnformasiya Agentliyi

Deputatlar bu gün toplaşır

01 May

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

İclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək.
Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.
Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.(trend)