Deputatlar banklara qarşı birləşdilər: “İnsanların nəfəsini kəsirlər!”backend

Deputatlar banklara qarşı birləşdilər: “İnsanların nəfəsini kəsirlər!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bugünkü iclasında banklarla bağlı müzakirələrdə deputatlar həmfikir olub.

Parlamentin bu gün keçirilən iclasında kredit ittifaqları haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatlar bankları tənqid ediblər.

Deputat Fəzail Ağamalı həmkarı Siyavuş Novruzovun banklar haqqında ittihamlarını dəstəkləyib:

“Siyavuş Novruzov tamamilə düzgün qeyd etdi. Banklar bütün dəyərləri tapdalayıb, insanların nəfəsini kəsirlər. Təklif edirəm ki, bank haqqında qanun yenidən müzakirəyə çıxarılsın. Bankların özbaşına fəaliyyətinə imkan verməyən məsələlər hazırlansın. İnzibati Xətalar Məcəlləsində məsələ qeyd edilsin. Bankların şəffalılıq hesabatlılığı yoxdur. Bir bank 24, digər 30, BOKT-lar 35 faizlə kredit verir. Belə şey olar?!

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat həmkarımız Zahid Oruc əgər bu gün Azəbaycanda “Banklara etibar varmı” sualını qoysa, azəbaycanlılar birmənalı “yox” cavabı verəcək. Mən bu qanuna səs verməyəcəm”.

Deputat Tahir Kərimli də həmkarlarını dəstəkləyib:

“Yüz milyonlarla insana kredit faizi ilə əzab verməkdə məqsəd nədir?! İnsanlara bu dərəcədə şiddət göstərmək olmaz. Bu insanlar yazıq deyilmi?!  Azərbaycanda İslam bankçılığı niyə yoxdur? Nə zaman küçələrdə olan bər-bəzək xalqımızın ailəsinin içində görünəcək?!”. 

Deputatların banklarla baglı tənqidlərinə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili cavab verib.

Komitə sədri qeyd edib ki, kredit olmayan bank təşkilatı – “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin iş planında var:

“Yaxın vaxtlarda bu qanunu parlament qəbul edəcək. Burada sələmçiliklə də bağlı məsələ öz həllini tapacaq. Qeyd etməliyəm ki, banklarla bağlı da qanun layihəsi hazırlanır. Onun üzərində hökumətdə iş gedir. Qanunlara edilən dəyişikliklərin əsas məqsədi son nəticədə faizlərin aşağı salınmasına nail olmaqdır”.