DEPUTATIN OĞLU GÜRCÜSTANA 50 MİLYON DOLLAR İNVESTİSİYA QOYUB- FOTOLARbackend

DEPUTATIN OĞLU GÜRCÜSTANA 50 MİLYON DOLLAR İNVESTİSİYA QOYUB- FOTOLAR

Azərbaycanın ən az tanınan, eyni zamanda biznesdə daha çox ad çıxarmış deputatlarından biri də Ağalar Vəliyevdir. Bu günlərdə onun təkcə, Azərbaycanda deyil, həm də xaricdə böyük bizmesə sahib olduğunu, Bakıdakı kimi digər ölkələrdə də tikinti və otel biznesi ilə məşğul olduğu üzə çıxıb.  JAMAZ.İNFO  xəbər verir ki, “Kristal Abşeron”, “Xəzər İnşaat” kimi tikinti şirkətlərinə sahib olan Vəliyevin kapitalının bir hissəsi də Gürcüstanda imiş.
Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı maraqlı məlumatlar yayıb. Onun yaydığı məlumata görə, deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri olan Kabuletidə bir neçə binaya sahibdir. Daha doğrusu, oğul Vəliyev Kkabuletidə bina tikib. “Deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb”.
Həsənli yazır ki, Gürcüstanın Kobuleti şəhərinin Agmashenebeli küçəsindəki beşulduzlu otelin təməli isə 3 il əvvəl atılıb. Onun sözlərinə görə, investiya dəyəri 200 milyon laridir. “40.000 kv.metrlik sahəsi olan və 400 nəfərin işləyəcəyi oteldə 220 otaq və 300 nəfərlik konfrans salonu nəzərdə tutulur. Hotelin investoru deputat Ağalar Vəliyevin oğluna məxsus “Kristal Building” LTD şirkətidir”.
Qeyd edək ki, Avropa ilə yanaşı, Gürcüstan azərbaycanlı məmur və deputatlar üçün ən cəlbedici ölkələr sırasındadır. Görünür, Ağalar Vəliyev də bu kriteriyanı nəzərə alaraq, öz pullarının bir hissəsini qonşu ölkəyə yönəldib.
Məsələ ilə bağlı deputat Ağalar Vəliyevin köməkçisi İlham Musayev açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, Vəliyevin köməkçisi qeyd olunan məlumatları inkar edib. “Ağalar Vəliyevin nə özü, nə də oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yazılanların heç bir əsası yoxdur”.

TİA.AZ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki