Deputatın gizli toylarla bağlı sözünə haqq qazandırmaq olar?backend

Deputatın gizli toylarla bağlı sözünə haqq qazandırmaq olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Fazil Mustafanın fikirlərində haqq var. Çünki insanlar həqiqətən də pandemiyadan bezib”.
Bunu  açıqlamasında professor Adil Qeybulla Milli Məclisin deputatı Fazil Mustafanın karantin günlərində gizli toy edənlərə haqq qazandırması ilə bağlı fikirlərinə  münasibətində deyib. O bildirib ki, bu gün bütün insanlar sosial həyatın ayrı-ayrı sahələrinin fəaliyyətə başlamasını gözləyir:
“Amma bir məsələyə fikir verin. Hər hansı yumşalma olan kimi xəstələrin sayı artmağa balşayır. Bu baxımdan ehtiyatlı olmaq lazımdır. İkinci dalğada bizim bu məsələlərə səthi yanaşmağımız xeyli problem yaratdı, yoluxma sayı kəskin artdı. Düşünürəm ki, hər sey düşünülməlidir”.
 
Adil Qeybulla hesab edir ki, qapalı mühitdə hər hansı mərasim, məclis olursa-olsun, mütləq şəkildə qapalı mühitdə karantin qaydalarının gözlənilməsinə ciddi əməl edilməlidir.
Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa gizli şəkildə toy, yas mərasimləri keçirənlərə haqq qazandırıb. Deputat “Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərəstlikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməlidir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də…” – deyə bildirib.