DEPUTATIN 20 MİLYONLUQ HESABLARI NƏZARƏTƏ GÖTÜRÜLÜB – Londonda Feyziyevlərə qarşı təqib başlayıbbackend

DEPUTATIN 20 MİLYONLUQ HESABLARI NƏZARƏTƏ GÖTÜRÜLÜB – Londonda Feyziyevlərə qarşı təqib başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 15 milyon funt sterlinq (20,5 milyon dollar) dəyərindəki hesablar nəzarətə götürülüb. Onların üzərinə həbs qoyulması ilə bağlı Britaniya Milli Cinayət Agentliyi vəsatət qaldırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə blogerlər məlumat paylaşıb. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) beynəlxalq təşkilatının hesabatına istinadən qeyd olunur ki, şübhəli pullar Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon funt sterlinq), oğlu Orxan Cavanşirin (6,4 milyon funt sterlinq) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarında saxlanılır.

İddia olunur ki, C.Feyziyev tərəfindən yaradılmış iki dərman kompaniyasına Azərbaycandakı müxtəlif mənbələrdən 138 milyon dollar pul köçürülüb.