Deputatdan TƏKLİF: Müharibə veteranlarına verilən təqaüd ARTIRILSINbackend

Deputatdan TƏKLİF: Müharibə veteranlarına verilən təqaüd ARTIRILSIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”.

TİA.AZ-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib. O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.

Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır.

“Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, – Tahir Kərimli əlavə edib.