DEPUTATDAN TƏKLİF: ELEKTRİKLİ MAŞINLAR GÖMRÜK RÜSUMLARINDAN AZAD OLUNSUNbackend

DEPUTATDAN TƏKLİF: ELEKTRİKLİ MAŞINLAR GÖMRÜK RÜSUMLARINDAN AZAD OLUNSUN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında “elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin müzakirəsi zamanı təkliflə çıxış edib.

Deputat qanun layihəsinin zəruriliyi məsələsinə toxunaraq bildirib ki, dövlət bu sahəyə dəstək göstərməlidir. Həmçinin deputat ölkədə alternativ enerjili avtomobillərin olmamasına da diqqət çəkib:

“Mühərriklərə görə, rüsumların azaldılması aksizi olmasa da, avtomibillərdə gömrük rüsumu 15% var. Hətta qonşu ölkələrdə Rusiyada, Türkiyədə maşınlar gömrük rüsumlarından azaddır. Təklif edirəm ki, Azərbaycana elektrikli maşınların gətirilməsi ilə bu sahə gömrük rüsumlarından azad olunsun. Bu da ətraf mühitin mühafizəsi üçün çox yaxşı addımdır”

Aytac Sahəd

TİA.az