Deputatdan sərt tənqid: “Pensiya yaşını artırmaqda tələsiblər” – VİDEObackend

Deputatdan sərt tənqid: “Pensiya yaşını artırmaqda tələsiblər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada üç cürə yalan var. Yalan, ağ yalan və statistika. Beynəlxalq statistikaya əsasən, Türkmənistanı çıxmaq şərtilə bütün qonşu ölkələrdə ömür uzunluğu Azərbaycandan yüksəkdir. Lakin bütün qonşu ölkələrlə müqayisədə pensiya yaşı da yüksəkdir”.

TİA.AZ xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “Nə Baş Verir?” verilişində qonaq olan deputat Əli Məsimli bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət heç bir məntiqə sığmır: “Azərbaycanın aidiyyəti orqanları pensiya yaşını artırmaqda tələsiblər: “Dünyada elə ölkələr var ki, orada pensiya yaşı artırılır və 65, 66 və 67 olur. Bu ölkələrdə ömür uzunluğu 83, 84 və 85 yaşdır. Digər tərəfdən bu ölkələrdə aşağısı 1500, ortası 2000, yuxarısı isə 2900 dollar pensiya alırlar. Bizdə isə bu rəqəm 220 dollardır”.