DEPUTATDAN QURU SƏRHƏDLƏRİN AÇILMASI İLƏ BAĞLI VACİB AÇIQLAMA – ÖZƏLbackend

DEPUTATDAN QURU SƏRHƏDLƏRİN AÇILMASI İLƏ BAĞLI VACİB AÇIQLAMA – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir əsası olmayan informasiyaya görə mayın birində sərhədlərin açılacağını düşünən minlərlə vətəndaşımız buraxılış məntəqəsinə gəlmişdi”.
Bunu TİA.Az-a quru sərhədlərin açılması ilə bağlı məsələyə münasibət bildirərkən deputat Arzu Nağıyev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan bu istiqamətdə ölkələrlə ikitərəfli danışıqlar aparır:
“Məlumdur ki, quru sərhədlər pandemiyaya görə bağlanıb. Burada təhlükəsizlik məsələsi də nəzərə alınmalıdır. Əsas məqam ondan ibarətdir ki, nə qədər ki, bu pandemiya məsələləri var, quru sərhədlərin açılması məsələsi Nazirlər Kabineti yanında Operativ Qərərgah həll edir. Əsas bu problemlərin həllində qabardılan quru sərhəd Gürcüstan və Rusiya ilə olan sərhəddir.
Məlumdur ki, Gürcüstandan turizm şirkətləri eyni zamanda turist marşrutu quru sərhədlə keçdiyinə görə, bu istiqamətdə sərhədlərin açılması məsələsi daim bir sual kimi qoyulur.
Koronavirus pandemiyasından sonra artıq azalmalar müşahidə olunduqca bir sıra dövlətlər öz quru sərhədlərini açıb. Heç bir əsası olmayan elanlar yaxud da sosial şəbəkələrdə yayılan informasiyaya görə mayın birində sərhədlərin açılacağını düşünərək minlərlə vətəndaşımız buraxılış məntəqəsinə gəlmişdi, çətin bir vəziyyət alınmışdı.
Məlumdur ki, onların təyyarə ilə gəlməsində heç bir problem yoxdur. Təbii ki, bu quru sərhədlə keçməkdən daha baha başa gəlir. Bu gün də ölkədə karantin rejimi davam edir. Bu vəziyyətin necə olmasından asılı olaraq müəyyən bir qərar qəbul ediləcək.
Lakin buna baxmayaraq daşınmalar həyata keçirilir. Həmçinin quru sərhədlər vasitəsilə logistik məsələlər həll olunur. Bir sıra məqamlar var ki, müəyyən dəhlizlər vasitəsilə quru sərhədi keçmək olar.
Yəni bu halda Gürcüstan yaxud Rusiya ərazisində səfirliyə müraciət olunur və onlar öz növbəsində Xarici işlər nazirliyi və Operativ Qərargah artıq qərar qəbul etdikdən sonra bu şəxslər ölkəyə daxil ola bilir.
Bir daha bu məsələnin üzərinə qayıdaraq vurğulamaq istərdim ki, bəzən elə olur ki, deyirlər, iyunun birindən yaxud mayın birindən sərhədlər açılacaq. Vətəndaşlarımız da başa düşməlidir ki, ciddi qərar qəbul olunmasa, bu şayiələrə inanmaq və bu şayiələrə görə məhz gəlib sərhəddə çətin vəziyyətə düşmək düzgün deyil. Hazırda Azərbaycan bu istiqamətdə ikitərəfli danışıqlar aparır. Hər bir ölkə təbii ki, tək özü yox həmçinin digər tərəf də quru sərhədlərin açılmasına razılıq verməlidir”.

Aytac

TİA.Az