Deputatdan nazirə: “Qardaşının şirkəti vasitəsi ilə qotur danaları baha qiymətə əhaliyə satmısan”backend

Deputatdan nazirə: “Qardaşının şirkəti vasitəsi ilə qotur danaları baha qiymətə əhaliyə satmısan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir ki? Dövlət bu istiqamətə pul ayırıbsa, həmin insanlara vermək lazımdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin iclasında səsləndirib.
Bildirib ki, ötən gün yutubda bu məsələylə bağlı video izləyib: “İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər. Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil.
Qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Qənaəti orada etmək lazım idi. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi.
Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənəat etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.
Maliyyə naziri Samir Şərifov da Qüdrət Həsənquliyevi tənqid edib. “Report”un məlumatına görə, nazir parlamentin bu gün keçirilən plenar iclasında deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını deyib:
“O, ya yaxşı tanış olmayıb bu məsələlərlə, ya da başqa məqsədlər güdür. Tövsiyə edirəm ki, Qüdrət müəllim sui-istifadə sözündən az istifadə etsin və ehtiyatla yanaşsın”.

TİA.AZ