DEPUTATDAN MƏMUR HƏBSLƏRİ İLƏ BAĞLI İLGİNC MÖVQEbackend

DEPUTATDAN MƏMUR HƏBSLƏRİ İLƏ BAĞLI İLGİNC MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə yeni antikorrupsiya həbsləri başlayıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bir sıra rayonların bələdiyyələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
“Korrupsiya ilə mübarizədə həbslərin olması effektiv addım kimi dəyərləndirilməlidir”. Bunu TİA.Az-a deputat Aqil Abbas deyib.
“Məmurun kiçiyi-böyüyü olmur, məmur elə məmurdur. Korrupsiya ilə mübarizədə bu cür addımlar effektivdir. Məhz belə addımlar sayəsində adamlar özlərini yığışdırırlar.
Ümumiyyətlə, belə məsələlər elə aşağıdan başlayır, çünki insanlarla məhz sizin dediyiniz həmin məmurlar daha çox kontaktda olur. Hazırda ölkədə korrupsiya ilə yüksək səviyyədə mübarizə gedir”.

Aytac

TİA.Az