Deputatdan  bahalaşma ilə bağlı hökumətə çağırış: “Bu, dözülməzdir”backend

Deputatdan bahalaşma ilə bağlı hökumətə çağırış: “Bu, dözülməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir”.

TİA.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir: “Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu tezləşdirsinlər”.