Deputat: “Zəfər paradı tarixi qələbəni rəsmiləşdirdi”backend

Deputat: “Zəfər paradı tarixi qələbəni rəsmiləşdirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur Məmmədov: “Ermənistan düşünürdü ki, uzun müddət mənfur siyasətini davam etdirə biləcək”

“Qələbə tariximizin ən şərəfli səhifələrindən olan Zəfər Paradından bir il ötür. 44 günlük Vətən müharibəsi bölgədə yeni reallıqlar yaratdı və 30 illik tarixi həsrətimizə son qoydu. Zəfər paradı isə bu möhtəşəm qələbəni rəsmiləşdirdi”.

Bu sözləri TİA.AZ-a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

Onun sözlərinə görə, “Dəmir yumruq” əməliyyatı Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu artırdı: “30 ildir ki, düşmən doğma torpaqlarımızı işğal altında saxlayırdı. Soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, Xocalıda insanlıq əleyhinə bəşəri cinayətə imza atmış, işğal altında olan torpaqları xarabalığa çevirmiş Ermənistan düşünürdü ki, bu mənfur siyasətini davam etdirəcək. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusu darmadağın oldu. Birdə onda ayıldılar ki, bu günə qədər yürütdüyü siyasət nəinki onları hərbi baxımdan, iqtisadi cəhətdən də süquta uğradıb. Vaxtında onlar işğalçı siyasətindən imtina etsəydilər, Ermənistan regional iqtisadi layihələrdən kənarda qalmaz, əhalisi nicat yolunu kütləvi mühacirətdə görməzdi”.

Deputat qeyd edir ki, Prezident İlham Əliyevin düşünülmüş və məntiqli siyasəti nəticəsində bu qələbəni əldə edə bildik: “Cənab Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı olaraq fəaliyyətə başlayarkən bəyan etdi ki, o işğalçılıq faktı ilə barışmayacaq. Bunun üçün böyük zəmin hazırlandı. Azərbaycan iqtisadi baxımdan qüdrətləndi, ordumuz gücləndi və elə bir səviyyəyə gəlib çatdıq ki, artıq Azərbaycanın rolu və iştirakı olmadan regionda hər hansı layihənin həyata keçirilməsi mümkünsüz idi. Belə bir şəraitdə Cənab Prezident İlham Əliyev Ermənistana şans verdi ki, onlar işğalçı siyasətindən imtina etsinlər. Müharibə dövründə də konkret təqvim veriləcəyi təqdirdə döyüşlərin dayandırıla biləcəyini söylədi. Zəfər Paradı tarixi qələbəmizin rəsmiləşdirilməsi, qüdrətli Azərbaycan Ordusunun beynəlxalq səviyyədə möhtəşəm nümayişi idi. Allah torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin”.

Azər Niftiyev, TİA.AZ