Deputat: “Xahiş edirəm, “uşaqpulu” ilə bağlı məsələdə mənə bir daha sorğu edilməsin”backend

Deputat: “Xahiş edirəm, “uşaqpulu” ilə bağlı məsələdə mənə bir daha sorğu edilməsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Milli Məclisin avqustun 6-da keçirilən plenar iclasında “Uşaqpulu” məsələsinə baxılması təklifi ilə mən və digər deputat həmkarlarımın çıxışlarından sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, “Komitəyə deputatlar gəlsin, İşçi qrup yaradaq, konkret təkliflər hazırlayaq.” Milli Məclisin sədri hörmətli Sahibə Qafarova da yekunda bildirdi ki, “Xahiş edirəm, bunu nəzərə alasınız.” Bu, böyük ruh yüksəkliyi yaratdı. Baxın, necə ki, Sahibə xanımın adına demədiyi sözlər yazılır, mənim də elə. Yəni “Milli Məclisdə “uşaqpulu” məsələsi ilə bağlı İşçi qrup yaradılıb” açıqlamasını mən verməmişəm, konkret fikir söyləməmişəm. Açıqlamamda komitə sədrinə istinad etmişəm”.
Bunu açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.