Tribuna İnformasiya Agentliyi

Deputat: Torpaqları təyinatı üzrə istifadə etmirlər

10 May

Bəzi insanlar, sahibkarlar, iş adamları hələ də icarəyə götürdüyü torpaqlardan təyinatı üzrə istifadə etmirlər. Hektarlarla torpaqları çəpərləyib başqa məqsədlər üçün istifadə etməyi nəzərdə tuturlar.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

O bildirib ki, “Torpaq icarəsi haqqında”, o cümlədən  Torpaq Məcəlləsinə təklif olunan dəyişikliklər bu baxımdan çox önəmlidir:

“Ümumiyyətlə, kənd təsərrüfatı deyəndə ilk növbədə, torpaqlar göz önünə gəlir. Ancaq təəssüf ki, bir çoxları hələ də qanunlara əməl etmirlər. Hektarlarla torpaqları icarəyə götürüb, çəpərləyib, təyinatı üzrə istifadə etmirlər.

Sadəcə, ilin sonunda cüzi miqdarda ödəmə ilə işlərini bitmiş sayırlar. Odur ki, belələrinə qarşı qanunun dili ilə ciddi danışmaq lazımdır. Onlardan icarə müqaviləsinə əsasən, daha böyük məbləğdə ödəmə tələb olunsun və rəsmiləşdirilsin”.